Türkiyəli müğənni Demet Akalın İstanbulda verdiyi konsert zamanı tamaşaçılardan birinin arzuolunmaz fiziki təması ilə üzləşib.
Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.
Hadisə Merter Moda Həftəsi çərçivəsində keçirilən konsertdə baş verib. Akalın mahnı oxuyaraq tamaşaçıların arasına düşdüyü zaman tanımadığı şəxsin ona toxunduğunu bildirib.
Müğənni dərhal mühafizəçilərə müraciət edib. Hadisədən sonra Okan Kurtla avtomobilə minərək ərazidən ayrılan Akalın jurnalistlərin suallarını cavablandırmayıb.
Demet AkalınMənbə: lent.az