Xırdalanda su borusu partlayıb.
Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində baş verib.
Borudan axan su bütün Xırdalan ərazisinə yayılıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ünvanda içməli su xəttində qəza aradan qaldırılıb.
"Əraziyə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin briqadası cəlb edilib, xətt təmir edilərək bərpa olunub".
Sizin brauzer video tagını dəstəkləmir. Sizin brauzer video tagını dəstəkləmir. Xırdalan su borusu şəhərMənbə: lent.az