Bir çox uğurlu layihədə rol alan Hande Erçel bu dəfə yeni görünüşü ilə diqqət çəkib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, brend çəkilişi üçün sarı saçlarla kamera qarşısına keçən aktrisanın görüntüləri qısa müddətdə sosial mediada geniş müzakirə olunub. Daha sonra isə görünüşünün sirri ortaya çıxıb.
Məlumata görə, Hande Erçel saçlarını boyamayıb. O, brend səfiri olduğu şirkətin yeni kolleksiyası üçün keçirilən fotosessiyada platin sarısı rəngli parikdən istifadə edib.
Maqazin şou xəbərlər Hande Erçel

Mənbə: lent.az