Model və rəssam Erika Kiknadze Rusiyada yeni pop-mədəniyyət layihəsinin aparıcısı olub.
Lent.az xəbər verir ki, bu barədə “Газета.Ru” məlumat yayıb.
“План Э” adlı proqram VK Video platformasında yayımlanır. Kiknadze hər buraxılışda mədəni trendlərin necə yarandığını və hansı səbəbdən bəzi hadisələrin kütləviləşdiyini araşdıracaq.
İlk buraxılış Rusiyada hip-hop mədəniyyətinin inkişafına həsr olunub. Erika Kiknadze televiziya aparıcısı İvan Urqantın ögey qızıdır.
İvan Urqant Erika KiknadzeMənbə: lent.az