Səudiyyə Ərəbistanı jurnalisti və insayder Saydd Əl-Sarami Kriştiano Ronaldonun karyerasını “Əl-Nəsr”də davam etdirməsinin mümkün olub-olmayacağı ilə bağlı şərh verib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, portuqaliyalı futbolçunun qış transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubundan ayrıla biləcəyini bildirir.
"Güman edirəm ki, Kriştiano Ronaldo yanvar ayında "Əl-Nəsr"dən ayrılacaq", - Əl-Sarami bildirib.
Ulduz hücumçu 2023-cü ilin əvvəlindən Ər-Riyad klubunda oynayır.
KİV-də Ronaldo ilə klub rəhbərliyi arasında transfer siyasəti ilə bağlı fikir ayrılıqları barədə çoxsaylı məlumatlar yayılıb, lakin 2026-cı ildə "Əl-Nəsr" nəhayət, çoxdan gözlənilən Səudiyyə Ərəbistanı Pro Liqası titulunu qazanıb.
Kriştiano 2027-ci ildə təqaüdə çıxa biləcəyini də etiraf edib.
İdman xəbərləriMənbə: lent.az