IMG-LOGO

Trampın hövsələsi daralır: ABŞ Ukrayna böhranının həllindən əl çəkəcək

18.04.2025 22:16 8 baxış
IMG

Ukrayna böhranında tərəflərdən biri danışıqlar prosesini çətinləşdirsə, ABŞ hökuməti böhranın sülh yolu ilə həllinə nail olmaq səylərindən əl çəkəcək.

Lent.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Əgər nədənsə iki tərəfdən biri bunu çox çətinləşdirirsə, biz sadəcə “siz axmaqsınız, siz ağılsızsınız, siz dəhşətli insanlarsınız” deyəcəyik. Və biz sadəcə olaraq prosesdən uzaqlaşacağıq. Amma ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağıq”, - o bildirib.

Xəbər lenti