Şotlandiyanın Cənubi Lanarkşir rayonundan olan müəllim iki dəfə məktəbli ilə cinsi əlaqədə olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, 33 yaşlı Siobhan Maklin 15 yaşlı yeniyetmə ilə qohumunu universitetə hazırlayarkən tanış olub. 2022-ci ilin sentyabrında ailə üzvünün oxuduğu universitet yataqxanasında müəllim və yeniyetmə cinsi əlaqədə olub. Bir müddət sonra Maklin məktəbli ilə birlikdə Kreynethan qəsrinin avtoparkına gəlib və maşında onunla ikinci cinsi münasibət baş tutub.
Bu münasibəti şagirdin anası aşkarlayıb. Belə ki, o, oğlunun müəllimlə uyğun olmayan münasibətdə olduğunu hiss edib. Telefon danışıqlarının birində oğlan həmsöhbəti ilə “səni sevirəm” ifadəsi ilə sağollaşıb. Qadın oğlunun telefonunu yoxlayıb və Maklinlə açıq yazışmalar tapıb.
Prosesdə müəllimin vəkili qadının uşaqlıqda, daha sonra hamiləlik dövründə bir növ psixoloji travma aldığını bildirib. Bundan əlavə, zərərçəkmişlə cinsi münasibətdən bir ay əvvəl qadının şagirdlər tərəfindən iki dəfə hücuma məruz qaldığı iddia edilir. Hüquqşünaslar təkid ediblər ki, Maklin bu hadisələrin təsiri altında yeniyetmə oğlanla yaxınlıq edib.
Məhkəmənin hökmü ilə qadın daimi nəzarətdə olmaqla 3 ay şərti həbs cəzası alıb. O, on il müddətinə cinsi cinayətkarlar reyestrinə salınıb. Bundan əlavə, qadına 300 saat ödənişsiz ictimai iş tapşırılıb və bir il ərzində axşam saat yeddidən səhər yeddiyə kimi evdən çıxmaq qadağan edilib.