Böyük Britaniya Müdafiə Nazirliyinin 60 yüksək rütbəli qadın əməkdaşı kişi həmkarlarının qısnamalarından şikayətlənib.
Lent.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Nəşr vurğulayır ki, idarənin əməkdaşları nazirə ünvanlanmış müraciətdə onlar gündəlik peşə həyatlarının çətinləşdiyini iddia edirlər. Qadınlar bildidirlər ki, Müdafiə Nazirliyində kişilərin bu davranışına göz yumulur.