IMG-LOGO

Dağlıq ərazilərdə yağış yağıb, Bakıda və Abşeronda külək güclənib – FAKTİKİ HAVA

25.08.2024 15:49 20 baxış
IMG

Saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.

Göygöldə duman müşahidə olunub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti