IMG-LOGO

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

25.08.2024 15:45 34 baxış
IMG

Avqustun 25-i saat 15:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, avqustun 25-i saat 15:00-a olan məlumatlara əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub. Göygöldə duman müşahidə olunub.

Öncədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.

Xəbər lenti