IMG-LOGO

Naxçıvanda 20 məktəbəqədər təhsil müəssisəsində vakant yerlər mövcuddur

25.08.2024 14:08 19 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki 20 məktəbəqədər təhsil müəssisəsi üzrə hazırda bir neçə yaş qrupu üzrə vakant yerlər mövcuddur.

Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, valideynlər 1-2 yaş qrupu üzrə, (2023- cü il təvəllüdlü) Naxçıvan şəhər 4 nömrəli və 11 nömrəli Körpələr evi uşaq bağçasını, 3-4 yas qrup üzrə, (2021– ci il təvəllüdlü) Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının hər birini, həmcinin 4-5 yaş qrupu üzrə (2020-ci il təvəllüdlü) isə Naxçıvan şəhər 1, 6 və 8 nömrəli uşaq bağçalarını seçməklə həmin yaş qrupları üzrə uşaqlarını bağçalara yerləşdirə bilərlər.

Həmçinin qeyd edilir ki, rayon təhsil şöbələrinin tabeliyində faəliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində də boş yerlər mövcuddur.

Məlumat üçün bildirək ki, xəbərdə yerləşdirilən posterdə bağçalarda olan boş yerlər yaşıl rənglə göstərilib.

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi il ərzində davam etdirilir. Valideynlər elektron portal üzərindən ilin sonunadək övladlarını növbəyə yazdıra bilərlər.

Cari tədris ilindən məktəbqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron portal vasitəsilə aparılır. 2024-2025-ci tədris ili üzrə isə 16 iyul tarixdən başlayaraq uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilib. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla müəssisələrə qəbulla bağlı elektron kabinet yarada bilirlər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti