IMG-LOGO

Astarada dənizdə batan gənc oğlanın toyu olacaqmış -FOTO -VİDEO -YENİLƏNİB

25.08.2024 13:30 99 baxış
IMG

Astarada dənizin nəzarətsiz sularında boğulan 29 yaşlı Şamxal Həsənzadə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az xəbər verir ki, Əmisi İdrak Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Şamxal nişanlı olub və payızda toyu olacaqdı. "O dünən nişanlısı və qayınanasını evlərində qoyub. Sonra dostları ilə dənizə çimməyə gedib. Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib. Dostları qışqıraraq onu səsləyiblər. Axtarışların nəticəsiz olduğunu görənlər aidiyyəti üzrə məlumat veriblər".

Qeyd edək ki, axtarışlar davam edir. Əraziyə FHN-nin iki qrupu 18 nəfər canlı qüvvə və iki qayıq cəlb olunub.

***

11:05

Astara rayonunda nəzarətsiz ərazidə dənizdə batan 29 yaşlı gəncin axtarışları hələ də davam etdirilir.

Lent.az APA-ya istinadən xəbər verir ki, əraziyə FHN-nin xeyli sayda canlı qüvvəsi cəlb olunub.

 

***

24 avqust

Saat - 18:13

Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.

Batdığı ehtimal olunan Astara rayonu Kjəbə qəsəbə sakini 29 yaşlı Həsənzadə Şamxal İdrak oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladıb və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

Xəbər lenti