IMG-LOGO

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 9%-ə yaxın artıb

24 Aug 2024 15:11 266 baxış
IMG

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 7 milyard 46 milyon 828 min ABŞ dolları dəyərində 3 milyon 300 min 684 ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6 % və 8,5 % çoxdur.

7 ay ərzində avtomobil nəqliyyatı ilə 5 milyard 920 milyon 227 min ABŞ dolları (4,3 % çox) dəyərində 2 milyon 36 min 203 ton (8,7 % çox) yük idxal edilib, 1 milyard 126 milyon 600 min ABŞ dolları (6,4 % çox) dəyərində 1 milyon 264 min 481 ton (8,2 % çox) yük ixrac olunub.

Bizim WhatsApp kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti