IMG-LOGO

Bakıda su problemi ilə bağlı ŞAD XƏBƏR

24 Aug 2024 14:33 153 baxış
IMG

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulması başa çatdırılıb.

Bu barədə Lent.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bu gün səhər saatlarından şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib.

Artıq anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır. Su ərazilərə mərhələli şəkildə çatmaqdadır.

Mənbə: lent.az

Xəbər lenti