IMG-LOGO

Sumqayıtda evdə PARTLAYIŞ: yaralanan var

09 Aug 2024 11:25 175 baxış
IMG

Sumqayıtda mənzildə partlayış olub, xəsarət alan var.

Lent.az xəbər verir ki, hadisə "Betonzavod" adlanan ərazidə qeydə alınıb.

35 yaşlı Nağıyev Turac Telman oğlu kirayə qaldığı mənzildə baş vermiş partlayış nəticəsində termiki yanıq xəsarıtləri alıb.

O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır./APA

Mənbə: lent.az

Xəbər lenti