2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır.
Bu barədə a MÜTDA-dan Lent.az-a məlumat verilib.
Bildirilib ki, valideynlər iyulun 21-i saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər.
Bakı şəhəri üzrə seçim prosesi iyulun 21- saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da başlayacaq.
Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və sentyabrın 14-ü saat 18:00-a qədər davam edəcək.
Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
MÜTDA MəktəbəhazırlıqMənbə: lent.az