Bakıda velosiped oğurlayan həbs olunub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
53 yaşlı Manaf Əlirzayev (ad və soyad şərtidir) 350 manat dəyərində “Vista” markalı velosiped oğurlayıb. Buna görə də o saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.
Manaf Əlirzayev ifadəsində bildirib ki, hadisə olan günü yağışlı hava olub. Onun sözlərinə görə, piyada getmək istəməyib və avtobusa verməyə də pulu olmayıb. Bu səbəbdən həmin velosipedi oğurlayıb. O, həmçinin zərərçəkəndən üzr istədiyini və əməlindən peşman olduğunu deyərək velosipedi geri qaytarmaq üçün icazə istəyib.
Zərərçəkən isə ona dəyən 350 manat ziyanın ödənilməsini, yaxud Manaf velosipedi kimə satıbsa, geri qaytarmasını xahiş edib.
Nizami rayon Məhkəməsinin qərarı ilə Manaf Əlirzayev 25 gün müddətinə inzibati qaydada həbs olunub.
Hadisələr