IMG-LOGO

Meksikada güclü zəlzələ baş verdi

18 Jul 2026 00:25 3 baxış
IMG
0 0

Meksikanın cənub-qərbində baş verən 7,4 bal gücündə zəlzələdən sonra ölənlər və ciddi dağıntılar qeydə alınmayıb.

Lent.az xəbər verir ki, bu barədə Meksikanın Milli Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, ilkin qiymətləndirmələr nəticəsində ciddi bina zədələri, ağır yaralananlar və ya əhali üçün təhlükə yaradan infrastruktur dağıntıları müəyyən edilməyib.

Çiapas ştatının qubernatoru Eduardo Ramires Aqilar sakinləri davam edən afterşoklar fonunda evdə qalmağa və sakitliyi qorumağa çağırıb.

Milli Seysmoloji Xidmətin məlumatına görə, zəlzələnin maqnitudası 7,4, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Episentr Sudad-İdalqo şəhərindən 135 kilometr cənub-qərbdə qeydə alınıb. Yeraltı təkanlardan sonra ən güclüsü 6,5 bal olmaqla ümumilikdə 60 afterşok baş verib.

meksika zəlzələ

Mənbə: lent.az

Xəbər lenti