IMG-LOGO

Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ

17 Jul 2026 14:34 3 baxış
IMG
0 0

Böyük dost çevrəsinə sahib olmaq heç də həmişə insanın xoş ünsiyyətcil və səmimi olması demək deyil. Əksinə, paradoksal görünsə də, məhz toksik insanlar ətraflarında çoxlu tanış və dost toplayırlar. Lakin bu münasibətlər əksər hallarda səthi olur və manipulyasiya üzərində qurulur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki,  bu tip insanlar oxşar davranış və dəyərlərə malik olduqları üçün bir-birlərinə yaxınlaşırlar.

Ekspert hesab edir ki, toksik insanlar ətrafdakılar tərəfindən daim təsdiqlənməyə və diqqət görməyə ehtiyac duyurlar.

Məhz buna görə onlar həmişə insanların arasında olmağa və geniş tanış çevrəsi saxlamağa çalışırlar.

Toksik insanlar xoşagəlməz xarakter xüsusiyyətlərini çox vaxt gizlətməyi bacarırlar.

Əgər kimsə onların əsl simasını görərsə, həmin şəxsi tez bir zamanda dost çevrəsindən uzaqlaşdırmağa çalışırlar ki, digər insanların gözündə nüfuzları zədələnməsin.

Onlar bəzən kiməsə xüsusi etibar göstərdiklərini nümayiş etdirir, şəxsi "sirlərini" paylaşır və ya hansısa insanı "ən yaxın dost" kimi təqdim edirlər. Bunun məqsədi qarşı tərəfdə emosional bağlılıq yaratmaq və onu özlərindən asılı vəziyyətə salmaqdır.

Tanışlarından biri çətin dövr keçirəndə isə çox vaxt ona dəstək olmaq əvəzinə diqqətlərini başqa insanlara yönəldirlər.  

maraqlı toksik insanları necə tanımaq olar

Mənbə: lent.az

Xəbər lenti