IMG-LOGO

Qarpızı bu formada yeməyin - Faydası olmayacaq

17 Jul 2026 19:46 2 baxış
IMG
0 0

Yayın ən sevilən meyvələrindən biri olan qarpız həm sərinləşdirici təsiri, həm də zəngin vitamin tərkibi ilə seçilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, qarpızın necə və nə qədər istehlak edilməsi onun orqanizmə təsirinə birbaşa təsir göstərir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qarpızın tərkibində bol su, C və A vitaminləri, həmçinin güclü antioksidant hesab olunan likopen var.

Bu maddələr orqanizmin susuzlaşmasının qarşısını almağa, immun sistemini dəstəkləməyə və hüceyrələri sərbəst radikalların təsirindən qorumağa kömək edir.

Bununla belə, mütəxəssislərin sözlərinə görə, qarpızı həddindən artıq çox yemək fayda əvəzinə zərər verə bilər. Tərkibindəki yüksək su və lif miqdarı bəzi insanlarda köp, şişkinlik və digər həzm problemlərinə səbəb ola bilər. Bundan əlavə, qarpızın böyük porsiyalarla qəbulu qanda şəkərin səviyyəsinə də təsir göstərə bilər.

Mütəxəssislər yay aylarında qarpızın ölçülü porsiyalarla istehlak edilməsini tövsiyə edirlər. Bu halda orqanizm meyvənin tərkibindəki vitamin və antioksidantlardan maksimum fayda əldə edir, eyni zamanda həzm sistemi ilə bağlı narahatlıqların yaranma riski azalır.

Onların fikrincə, sağlam qidalanmanın əsas prinsiplərindən biri istənilən məhsulu normasında qəbul etməkdir. Qarpız da bu baxımdan istisna deyil. Normadan artıq istehlak edildikdə onun faydalı təsiri azalır və bəzi insanlarda narahatlıq yarada bilər.

qarpız meyvə

Mənbə: lent.az

Xəbər lenti