IMG-LOGO

Oktay Kaynarcadan təəccüblü ETİRAF: "Mən sadəcə ölə bilmirəm"

17 Jul 2026 14:19 3 baxış
IMG
2 0

Türkiyənin "Kurtlar Vadisi" serialında canlandırdığı Süleyman Çakır obrazı ilə yadda qalan məşhur aktyor Oktay Kaynarca illər keçsə də, rolunun unudulmamasından danışıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, aktyorun sözlərinə görə, hər il serialdakı personajın ölüm tarixində - aprelin 8-də sosial şəbəkələrdə və mediada "Süleyman Çakır"ın anılması onu həm təəccübləndirir, həm də sevindirir.

Bu barədə danışan Kaynarca deyib:

"Aprelin 8-i səhər yuxudan oyanıb baxıram ki, yenə aləm bir-birinə dəyib. Mən də bu anımlara qoşuluram, sevənlərinə başsağlığı verirəm. Qardaş, mən ölmədim".

Kaynarca uşaqlıq və gənclik illəri ilə bağlı maraqlı xatirələrini də bölüşüb. O bildirib ki, ailəsi onu nizam-intizama alışdırmaq məqsədilə bir yük maşını zavodunda işə göndərib.

Aktyorun sözlərinə görə, o, zavodun elektrik xəttində işləməyə başlayıb və altı ay ərzində kombinezon geyinərək çalışıb. Lakin zarafatcıl xarakteri iş prosesinə mane olub. Kaynarca həmin günləri belə xatırlayıb:

"Yük maşını zavodunda elektrik xəttində işləyirdim. Amma etdiyim zarafatlar ucbatından konveyerdən yük maşınları çıxmırdı, iş getmirdi. Axırda dedilər: "Bunu buradan aparın" və məni işdən çıxardılar. Yaxşı ki, çıxardılar. Sonra konservatoriyaya qəbul imtahanı verdim".

Məhz həmin hadisədən sonra aktyorluq yolunu seçən Oktay Kaynarca Türkiyənin ən məşhur serial ulduzlarından birinə çevrilib.

aktyor kurtlar vadisi oktay kaynarca məşhur

Mənbə: lent.az

Xəbər lenti