IMG-LOGO

Maşının altından qadın meyiti tapıldı

09.08.2024 10:53 102 baxış
IMG

Rusiyanın paytaxtı Moskvada bir evin həyətində avtomobilin altından qadın meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə saat 7 radələrində Altufevskoye şossesində baş verib. “Ford” markalı avtomobilin altında huşsuz vəziyyətdə olan qadın aşkarlanıb.

Yoxlama zamanı onun öldüyü məlum olub. Mərhumun şəxsiyyəti və hansı şəraitdə öldüyü müəyyənləşdirilir.

Xəbər lenti