IMG-LOGO

Beyləqanda "Jiquli" ağaca çırpıldı, sürücü öldü

09 Aug 2024 10:01 163 baxış
IMG

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə avqustun 6-da Görüş yolu adlanan ərazidə qeydə alınıb. "VAZ-21074" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb.

Nəticədə xəsarət alaraq, xəstəxanaya yerləşdirilən sürücü Quluzadə Ağamir Ağaəli oğlu avqustun 8-də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti