Rusiya Fövqəladə Hallar Nazirliyinin Samara vilayəti üzrə baş idarəsinin rəisi general-mayor Oleq Boyko rüşvətxorluqda günahını etiraf edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Oleq Boyko 2023-cü il dekabrın 18-də FSB və İstintaq Komitəsinin əməkdaşları tərəfindən tabeliyində olan şəxslərdən qanunsuz yolla əldə edilmiş pul vəsaiti tələb etməkdə ittiham olunaraq saxlanılıb.
Daha sonra Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn bildirib ki, Samara vilayətinin idarə rəisi ümumilikdə 25 milyon rubl (təxminən 495 min manat) məbləğində rüşvət alıb.
Boykoya qarşı cinayət işi açılıb. İstintaq Komitəsindən verilən açıqlamaya görə, general-mayor yanğın təhlükəsizliyi yoxlamaları aparılmaması üçün obyektlərdən pul alıb.