IMG-LOGO

Paltarları paltaryuyan maşınından çıxaran qadını cərəyan vurub öldürdü

07 Aug 2024 19:33 236 baxış
IMG

Türkiyədə paltarları paltaryuyan maşından çıxaran qadını cərəyan vurub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sakarya şəhərinin Kaynarca qəsəbəsində baş verib. Paltarları boşaldan Saime Topçunu elektrik cərəyanı vurub.

Anasının huşunu itirərək yerə yıxıldığını görən qızı dərhal təcili tibbi yardım çağırıb. Xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti