IMG-LOGO

Alla Puqaçova Londona köçür

13 Dec 2023 13:36 154 baxış
IMG

Rusiyalı diva Alla Puqaçova İsraildən Kiprə köçdükdən sonra yenidən yaşayış yerini dəyişməyə qərar verib.

 Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, müğənni artıq Londonda böyük mülk axtarışındadır. 

O, Milad bayramından sonra ailəsi ilə birlikdə Londona köçməyi planlaşdırır. Bu barədə müğənninin dostu məlumat yayıb. O qeyd edib ki, Kiprin havası Alla Puqaçovaya düşməyib və o ürəyində ağrılar olmasından şikayətlənib.

 

Mənbə: lent.az

Xəbər lenti