IMG-LOGO

Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb

06 Aug 2026 19:02 4 baxış
IMG

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Almaniyadan sonra Bakıda davam etdirilir.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışda yığmamızla yanaşı, Türkmənistan millisi də iştirak edir. Birgə məşqlər avqustun 22-də yekunlaşacaq.

Toplanış Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Mənbə: report.az

Xəbər lenti