IMG-LOGO

Sumqayıtda ana və uşağı qidadan zəhərləndi

05 Aug 2024 11:50 174 baxış
IMG

Sumqayıtda ana və övladı qidadan zəhərlənib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Mərdanova Aişə Adil qızı və övladı, 2022- ci il təvəllüdlü Mərdanov Əli Səxavət oğlu yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıb.

Ana və övladının ət məhsulundan zəhərləndiyi ehtimal olunur.

Mənbə: lent.az

Xəbər lenti