IMG-LOGO

Gəlinin baltaladığı qaynana xəstəxanada öldü

04 Aug 2024 22:29 238 baxış
IMG

Daşkəsəndə gəlini tərəfindən baltalanan 66 yaşlı qadın xəstəxanada ölüb.

Lent.az-ın məlumatına görə ağır xəsarət alan rayonun Xoşbulaq kənd sakini 1958 -ci il təvəllüdlü Tahirə Qurbanova bu gün Gəncədə müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə iyulun 27 də baş verib. Belə ki, 1958-ci il təvəllüdlü Tahirə Qurbanovaya gəlini S. Həsənova tərəfindən balta ilə ağır xəsarət yetirilib.

Mənbə: lent.az

Xəbər lenti