IMG-LOGO

Paris-2024: Anna Skidan finala yüksəldi

04 Aug 2024 15:07 373 baxış
IMG

Paris Olimpiadasında Azərbaycanı çəkicatma idman növü üzrə təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.

Lent.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, A qrupunda yarışan idmançımız ilk cəhdində 69.58 metr, 2-ci cəhdində 69,04 metr, 3-cü cəhdində isə 72.55 metr nəticə ilə yadda qalıb.

Atletimiz bu nəticələrə görə 32 idmançı arasında 6-cı pillədə qərarlaşıb və finala yüksəlib.

Qeyd edək ki, qadınların çəkicatma yarışında qalib avqustun 6-da müəyyənləşəcək.

Mənbə: lent.az

Xəbər lenti