IMG-LOGO

Bakıda restoranın ərazisində yanğın oldu

04 Aug 2024 10:29 333 baxış
IMG

Bakı şəhərinin Xətai rayonunda restoran ərazisində ümumi sahəsi 140 m² olan tikilinin dam örtüyünün taxta atmaları 40 m² sahədə və içərisində əşyalar 80 m² sahədə yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi və restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: lent.az

Xəbər lenti