IMG-LOGO

Tiryəkxana təşkil edən azərbaycanlıya cinayət işi açıldı

03.08.2024 17:20 101 baxış
IMG

Altay Respublikasında Azərbaycan vətəndaşı və Qorno-Altaysk sakini narkotik aludəçilərinə qadağan olunmuş maddələrdən istifadə etmək üçün kirayə mənzil verib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, kişilər bunu bu ilin martından may ayına kimi ediblər. Azərbaycandan olan miqrant və Moskva sakini narkomanlara Qorno-Altayskda mənzil, eləcə də sintetik narkotiklərdən istifadə etmək üçün “cihazlar” veriblər.

Cinayətin qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb. Təqsirləndirilən şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 232-ci maddəsinin 2-ci hissəsi - “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilən narkotik vasitələrin istifadəsi üçün binaların sistemli şəkildə verilməsi” ilə cinayət işi açılıb. İstintaq zamanı cinayət ortaqlarından biri, Qorno-Altaysk sakini Ukraynaya döyüşlərə gedib. Xarici vətəndaşın istintaqı davam edir.

Altay Respublikasının Prokurorluğu miqrant barəsində iş üzrə ittiham aktını təsdiqləyib. Həmin şəxs tezliklə məhkəmə qarşısına çıxacaq. Təqsirli bilinərsə, əcnəbini 4 ilə qədər həbs cəzası gözləyir.

Xəbər lenti