Oğuzda kişi faciəli şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə rayonun Tayfurlu kəndində meşə zolağında baş verib. Meşədə 36 yaşlı Bayramov Fuad Valeh oğlunun üzərinə ağac düşüb.
O, ağır xəsarət alaraq koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Görülən tədbirlərə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.
Lent.az-ın əldə etdiyi məlumata görə, F. Bayramov Bakı sakinidir, Oğuza qonaq gəlib. O, qohumu ilə meşəyə odun gətirməyə gedib.
Mənbə: lent.az