IMG-LOGO

Hondurasda avtobus dərəyə aşıb, doqquz nəfər ölüb

29 Nov 2026 09:38 3 baxış
IMG

Hondurasda pikapla toqquşduqdan sonra sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı doqquz nəfər ölüb, 28 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Ölənlər arasında avtobusun sürücüsü, üç kişi və beş qadın var.

Xilasedicilərdən birinin sözlərinə görə, avtobus dərəyə yuvarlanarkən bəzi sərnişinlər avtobusdan kənara düşüblər.

"Transporte Carolina" nəqliyyat şirkətinin avtobusu ölkənin paytaxtı Tequsiqalpadan La-Esperansa şəhərinə hərəkət edirmiş.

Qəzanın səbəbi bəlli deyil.

Mənbə: report.az

Xəbər lenti