IMG-LOGO

İran Hörmüz boğazının şərqində tankerin minaya düşərək yandığını açıqlayıb

29 Nov 2026 04:13 2 baxış
IMG

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində neft tankerinin minaya düşərək partladığını və yanmağa başladığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə üç tankerin İranın icazə vermədiyi əraziyə daxil olduğu zaman baş verib.

"Qaydaları pozan üç neft tankeri qadağan olunmuş əraziyə daxil olub və onlardan biri minaya düşərək partlayıb. Nəticədə gəmidə yanğın başlayıb", – Hərbi Dəniz Qüvvələrindən bildirilib.

Qeyd olunub ki, partlayışdan sonra tankeri müşayiət edən digər iki gəmi istiqamətini dəyişərək Fars körfəzinə qayıdıb.

Mənbə: report.az

Xəbər lenti