IMG-LOGO

Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb

28 Nov 2026 23:06 12 baxış
IMG

Ermənistan parlamentindəki müxalifət Azərbaycanla sülhün əldə olunması yolunda son maneədir.

"Report" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

"Bu gün parlament müxalifəti sülhə gedən yolda son maneədir. Onlar konstitusiya referendumunun keçirilməsinə səs verməlidirlər", – hökumət başçısı vurğulayıb.

Paşinyan parlament müxalifətinin konstitusiya referendumunun keçirilməsinin lehinə səs verəcəyinə əminliyini ifadə edib.

Baş nazir əlavə edib ki, Ermənistan institusional dövlətə çevrilməlidir.

Mənbə: report.az

Xəbər lenti