Türkiyənin Meteorologiya Baş İdarəsi noyabrın 29-na olan hava proqnozunu açıqlayıb.
"Report" xəbər verir ki, ölkənin bir çox bölgəsində yağışlı havanın hökm sürəcəyi gözlənilir.
İstanbul və İzmirin də daxil olduğu 39 vilayət üzrə hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bəzi bölgələrdə güclü leysan və fırtına, Şərqi Anadolunun şərqində isə qar yağacağı proqnozlaşdırılır.
Mənbə: report.az