IMG-LOGO

Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib

28 Nov 2026 21:47 12 baxış
IMG

"Taxtakörpü-Ceyranbatan" su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində bir nəfər suda batıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2013-cü il təvəllüdlü Siyəzən rayon sakini H. Allahverdiyevin cəsədi batdığı yerdən 10 km aralı FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

21:13

Siyəzəndə iki azyaşlı Taxtakörpü - Ceyranbatan su kanalına düşüb.

"Report"un Şimal bürosunun məlumatına görə, Zeynallı Ömər Vüsal oğlu və Allahverdiyev Hüseyn Ceyhun oğlu kanalın kənarında oynayan zaman suya düşüblər.

Ö.Zeynallı sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib, H.Allahverdiyevin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

Mənbə: report.az

Xəbər lenti