IMG-LOGO

"Roma"nın futbolçusu son 20 ilin ən yaxşı göstəricisinə imza atıb

19 Jan 2026 09:49 2 baxış
IMG

"Roma"nın futbolçusu Paulo Dibala İtaliya A Seriyasında son 20 ilin ən yaxşı göstəricisinə imza atıb.

"Report" xəbər verir ki, argentinalı hücumçu buna XXI turda "Torino"nu məğlub etdikləri oyunda (2:0) nail olub.

Forvard bu qarşılaşmada qol və məhsuldar ötürmə müəllifi olub.

Dibala çempionatda 200 qolun (131 qol, 69 assist) vurulmasında yaxından iştirak edib. Bu isə əcnəbi oyunçular arasında son 20 ildə ən yaxşı göstəricidir.

Qeyd edək ki, Paulo Dibala 2022-ci ildə "Yuventus"dan "Roma"ya keçib.

Xəbər lenti