IMG-LOGO

İran ABŞ-nin Hörmüz boğazında balıqçı qayığına dron hücumu etdiyini bildirib

29 Nov 2026 09:56 4 baxış
IMG

ABŞ-nin pilotsuz uçuş aparatı (PUA) İranın cənubundakı Hörmüz boğazında göyərtəsində üç nəfər olan balıqçı qayığına hücum edib.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikası ordusunun mətbuat xidməti məlumat yayıb.

"Təcavüzkar Amerikanın pilotsuz uçuş aparatı göyərtəsində üç nəfər olan balıqçı qayığına zərbə endirib. Onlardan ikisi tapılaraq Sirik xəstəxanasına çatdırılıb", - bəyanatda bildirilib.

Məlumata görə, digər bir nəfərin taleyi məlum deyil, onun axtarışları davam edir.

Daha əvvəl İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından şərqdə neft tankerinin minaya düşərək partlaması barədə məlumat vermişdi.

Mənbə: report.az

Xəbər lenti