IMG-LOGO

Britaniyanın Əmək və Pensiyalar Nazirliyinə qarşı kiberhücum olub

29 Nov 2026 06:48 2 baxış
IMG

Böyük Britaniyanın Əmək və Pensiyalar Nazirliyi (DWP) informasiya sistemlərində baş verən son nasazlığın səbəbinin kiberhücum olduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi nazirliyin bəyanatına istinadən məlumat yayıb.

Hadisə noyabrın 26-da aşkarlanıb, ehtiyat tədbiri olaraq nazirlik bir sıra elektron xidmətləri müvəqqəti dayandırıb. Onlardan bəziləri hələ də əlçatan deyil.

"Milli Kibertəhlükəsizlik Mərkəzi və hökumətin Kibertəhlükəsizlik Koordinasiya Mərkəzi ilə birlikdə sistemlərimizə icazəsiz giriş cəhdini araşdırırıq. Nazirlikdə bu cür insidentlərə qarşı fəaliyyət planları hazırlanıb və onlar dərhal işə salınıb", – deyə bəyanatda bildirilib.

Qurum şəxsi məlumatların ələ keçirildiyinə dair hər hansı sübutun aşkar edilmədiyini vurğulayıb. Həmçinin pensiya və sosial müavinət ödənişlərinin adi qaydada davam etdiyi qeyd olunub.

Mənbə: report.az

Xəbər lenti