Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yeni texniki reqlament layihələrini təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim edib.
"Report" xəbər verir ki, bunu Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev Bakıda keçirilən "Qeyri-qida istehlak mallarının təhlükəsizliyi" adlı tədbirdə deyib.
"Mebel məhsulları, uşaq oyun meydançaları üçün avadanlıq və örtüklər, sürtkü materialları, yağlar və xüsusi mayelər, həmçinin yüngül sənaye məhsulları üzrə texniki reqlament layihələri təsdiqlənmək üçün hökumətə təqdimolunub. Həmçinin maşın və avadanlıqlar, eləcə də uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün məhsulların təhlükəsizliyi haqqında texniki reqlament isə aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilmə mərhələsindədir", - deyə o qeyd edib.
Mənbə: report.az