2025-ci ilin yekunda Azərbaycanda 8 215 elektrik mühərrikli nəqliyyat vasitəsi olub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yekunu ilə müqayisədə 38,3 % çoxdur.
Elektromobillərin sayında 2022-ci ilin yekununa nisbətən isə 14,4 dəfə artım olub.
Ötən il hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı əvvəlki illə müqayisədə 29,9 % artaraq 73 581-ə çatıb. 3 il əvvələ nisbətən isə artım 2,4 dəfə olub.
Son 1 ildə plaq-in hibrid mühərrikli nəqliyyat vasitəsinin sayı isə 6,1 dəfə artaraq 59 772-ə yüksəlib.
2025-ci ilin yekununda elektrik mühərrikli avtobusların sayı isə 2024-cü ilin yekunu ilə müqayisədə 84,2 % artaraq 350-yə çatıb. 3 il əvvəllə müqayisədə isə artım 50 dəfə olub.
Bu gün – 26 noyabr Ümumdünya Dayanıqlı Nəqliyyat Günüdür.
Mənbə: report.az