IMG-LOGO

CEV Çempionlar Liqası: "Xilasedici" III təsnifat mərhələsində cavab oyununa çıxacaq

26 Nov 2026 09:02 7 baxış
IMG

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab matçında səfərdə Sloveniyanın "ACH Volley Lyublyana" klubunun qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda "Xilasedici" 1:3 hesabı ilə məğlub olub.

Azərbaycan çempionu cavab oyununda qələbə qazanacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün qızıl set oynanılacaq. Mərhələni keçən tərəf CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək. Məğlub olan komanda isə CEV Kubokunda mübarizə aparacaq.

Mənbə: report.az

Xəbər lenti