IMG-LOGO

Azərbaycanın Çinlə imzaladığı beynəlxalq avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək

26 Nov 2026 10:29 8 baxış
IMG

Azərbaycan ilə Çin arasında imzalanmış beynəlxalq avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək.

"Report" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub.

Layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabahkı iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az

Xəbər lenti