IMG-LOGO

Hesablama Palatası ARDNF-in 2027-ci il büdcəsinin layihəsinə rəy verib

26 Nov 2026 09:42 9 baxış
IMG

Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2027-ci il büdcəsinin layihəsinə rəy verib.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda Fondun büdcə layihəsinə verilmiş rəy müzakirə edilib.

Bildirilib ki, Rəydə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, Fondun həyata keçirəcəyi investisiya siyasətinin hüquqi aktlara uyğunluğu araşdırılıb. Rəyin sonunda aparılmış təhlillər əsasında tövsiyələr verilib. Müzakirələrin nəticəsində Rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilib.

Mənbə: report.az

Xəbər lenti