IMG-LOGO

"Fitch": SGC-nin 3,4 milyard dollar pul vəsaiti və bankda depozitləri var

26 Nov 2026 10:30 8 baxış
IMG

Bu il noyabrın 1-nə "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) 3,4 milyard ABŞ dolları məbləğində pul vəsaiti və bankda depozitləri mövcud olub.

"Report" bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 2026–2029-cu illərdə borc ödənişləri yalnız bank kreditləri üzrə ildə təxminən 0,12 milyard ABŞ dolları əsas borc ödənişlərindən ibarətdir: "SGC-nin yaxın 3 ildə dividend ödənişlərindən əvvəl müsbət sərbəst pul axını (Free Cash Flow) formalaşdıracağını gözləyirik".

2026-cı ilin mart ayında avrobondların dəyərinin geri ödənilməsindən sonra SGC-nin borc öhdəliklərinə 2032–2046-cı illərdə ödəmə müddəti başa çatan, ümumilikdə təxminən 1,4 milyard ABŞ dolları məbləğində inkişaf banklarından cəlb edilmiş kreditlər daxildir. Bu kreditlər aşağıdakı maliyyə institutlarından əldə olunub:

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD);

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB);

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD);

Asiya İnkişaf Bankı (ADB).

Mənbə: report.az

Xəbər lenti