IMG-LOGO

Nazir: Azərbaycan və Gürcüstan şirkətlərinin iştirakı ilə regiona təsir edən layihələr var - Əlavə olunub

24 Nov 2026 18:49 3 baxış
IMG

Azərbaycan və Gürcüstan şirkətlərinin iştirakı ilə baş tutan və regiona təsir edən layihələr var.

"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.

O deyib ki, bunlardan bəziləri artıq onilliklərdir ki, fəaliyyət göstərir.

"Bu xüsusda Azərbaycandan Gürcüstana yeni təbii qaz təchizatı ilə bağlı müqaviləni, elektrik enerjisinin Gürcüstan üzərindən tranzitini qeyd etmək istərdim".

Nazir daha sonra vurğulayıb ki, üçtərəfli formatda da Azərbaycan və Gürcüstan arasında fəal əməkdaşlıq var və Azərbaycan-Gürcüstan-Türkiyə formatı hazırda ən işlək formatlardan biridir.

"Davamlı üçtərəfli görüşlər keçirilir və növbəti görüşün 2027-ci ildə Gürcüstanda keçirilməsi planlaşdırılır. Üçtərəfli əməkdaşlıq həmçinin parlament səviyyəsində, müdafiə və təhlükəsizlik sahəsində, eləcə də iqtisadiyyatda uğurla inkişaf edir", - C.Bayramov vurğulayıb.

Nazir əlavə edib ki, nəqliyyat-logistika sahəsində iki ölkə arasında əlaqələr uzun müddətli əlaqələrdən biridir:

"Bu əlaqələr qonşu və region ölkələri üçün etibarlı nəqliyyat dəhlizi rolunu oynayır. Lakin dünyada baş verən proseslər bu dəhlizə olan marağı xeyli artırıb. O cümlədən ölkələrimizin də fəallığı ilə Şərq-Qərb Orta Dəhlizinin inkişafı üçün xeyli iş görülüb. 2026-cı ilin müsbət inkişafı sırasında Bakı-Tiflis-Bakı sərnişin qatarının fəaliyyətinin yenidən bərpa olmasını da qeyd etmək lazımdır".

Mənbə: report.az

Xəbər lenti