Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əməkdaşlıq formatı təkcə 3 ölkə üçün deyil, həm də daha geniş region üçün əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
"Biz keçən il İstanbulda görüşdük. Gələn il sizi qəbul etmək bizim üçün şərəf olacaq", - o qeyd edib.
Mənbə: report.az