IMG-LOGO

Maka Boçorişvili Ceyhun Bayramovu 2027-ci ilin əvvəlində Gürcüstana səfərə dəvət edib

24 Nov 2026 19:03 3 baxış
IMG

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2027-ci ilin əvvəlində Gürcüstana səfər edə bilər.

"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Ümid edirəm ki, gələn ilin əvvəlində sizi Tbilisidə qəbul etmək imkanım olacaq. Nazirliklərimiz müntəzəm təmasları saxlayır və şübhəsiz ki, bu, bundan sonra da belə davam edəcək. Bu, xarici siyasət idarələrinə bir-birinin maraqlarını nəzərə almaqla bütün məsələləri maksimum dərəcədə dolğun müzakirə etməyə imkan verəcək", – o deyib.

Mənbə: report.az

Xəbər lenti